Azərbaycanda doğuş zamanı ölüm hadisəsi baş verib

Bakı. 1 dekabr. REPORT.AZ/ Ağdam rayonunda körpə doğuş zamanı ölüb.

"Report"un xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində yerləşən Ağdam Rayon Mərkəzi Xəstəxanasının doğum evində baş verib.

Belə ki, övladını qeysəriyyə yolu ilə dünyaya gətirən Miyasə Nəcəfovanın körpəsi ölüb.

M.Nəcəfovanın həyat yoldaşı Elmir Nəcəfov "Report"a bildirib ki, əməliyyata qədər uşağın hər hansı problemi olmayıb: "Uşağın ölümündə əməliyyatı aparan həkimlər günahkardır".

Qeyd edək ki, M.Nəcəfova Ağcabədi rayonunun Hindarx qəsəbəsinin sakinidir.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54