DİN: "Vətəndaşlardan qanunsuz saxlanılan daha 18 ov tüfəngi götürülüb"

Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində dekabrın 14-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxlanılan müxtəlif markalı ümumilikdə, 18 ədəd ov tüfəngi götürülüb.

Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 1 ov tüfəngi könüllü olaraq polisə təhvil verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Digər xəbərlər