DİN: Vətəndaşlardan 18 ədəd ov tüfəngi götürülüb    

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, əldə edilən məlumatlar əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 10-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 18 ədəd ov tüfəngi götürülüb.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54