Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) əhalinin müxtəlif təbəqələri arasında antinarkotik təbliğatı işinin səmərəsinin artırılması məqsədilə birgə fəaliyyətə başlayıb.
Bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən bildirilib.
Birgə fəaliyyətin əsas istiqaməti antinarkotik təbliğatın və ictimai maarifləndirmənin daha da gücləndirilməsi ilə yanaşı narkotiklərin zərərlərini özündə əks etdirən sosial reklamların geniş kütləyə çatdırılmasını təmin etməkdir.