DİN Ağdaşdakı ağır yol qəzası ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Ağdaş rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, fevralın 6-da saat 23 radələrində Ağdaş rayonunun Nehrəxəlil kəndi ərazisində İ.Səbirlinin idarə etdiyi “Mercedes” və S.Əhmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə S.Əhmədov və sərnişinləri olan qızı və anası hadisə yerində ölüblər.

Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47