DİN Şəmkirdəki yol qəzası ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Şəmkir rayonunda ölümlə nəticələn yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-dən "Report"a verilən məlumata görə, yanvarın 6-da saat 9 radələrində Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində Balakən rayon sakini Tural Əhmədov idarə etdiyi “Fiat Doblo” markalı avtomobili dərəyə aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47