Bakı. 6 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Şəmkir rayonunda baş verən qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. "Report"un DİN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilib ki, dekabrın 5-də Şəmkir rayonunun Dəllər qəsəbəsində Svetlana Abbasovanın yaşadığı evinə gələn keçmiş kürəkəni Babək Hüseynov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilən S.Abbasova orada ölüb.
Şəmkir Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.