DİN Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb

Daxili İşlər Nazirliyi Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, noyabrın 21-də saat 6 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakinləri İ.Abdullayevin və M.Kazımovun idarə etdikləri “Mercedes” markalı 2 avtomobil toqquşub.

Nəticədə İ.Abdullayevin sərnişinləri - paytaxt sakinləri Surxay Abbasov və Kifayət Məmmədova hadisə yerində ölüb, özü və digər sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37