Dənizkənarı Milli Parkda 2 nəfər dənizə düşüb

Dənizkənarı Milli Parkda 2 nəfər dənizə düşüb.

“Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 2 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərlər

Xətai rayonunda yanğın olub 09 avqust, 2026 / 16:22
Xocavənddə traktor minaya düşüb 08 avqust, 2026 / 10:41