Dənizdə II kurs tələbəsi batıb

Goranboy. 15 iyul. REPORT.AZ/ Xəzər dənizində növbəti boğulma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun 1999-cu il təvəllüdlü Qaraçobanlı Zülfi Rasim oğlu Bakı şəhərində dənizdə çimərkən batıb.

Onun meyiti dənizdən çıxarılaraq ailəsinə təhvil verilib.

Z.Qaraçobanlı II kurs tələbəsi olub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər