Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan”, “Corat”, “Buzovna” sularda xilasetmə məntəqələrinin ərazisində və 4 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub.
Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.