​“Dəmir Bank”dan oğurluq olub

Bakı. 19 fevral. REPORT.AZ/ “Dəmir Bank” ASC-nin Şamaxı şəhər filialından oğurluq olub. “Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Şamaxı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində filialdan bir ədəd fotoaparat oğurlamış şəhər sakini Vüqar Manafov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17