Daşkəsəndəki çaxır zavodunun həyətində 51 yaşlı kişi intihar edib

Daşkəsən. 19 sentyabr. REPORT.AZ/ Daşkəsən rayonunda 51 yaşlı kişi intihar edib.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bayan kəndindəki çaxır zavodunun ərazisində qeydə alınıb.

Orada məskunlaşan Kəlbəcərdən olan məcburi köçkün, 1967-ci il təvəllüdlü Kərimov Mübariz Musa oğlu özünü asaraq intihar edib.

İntiharın dəqiq səbəbi hələlik məlum deyil.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05