Daşkəsəndə yol qəzası olub, xəsarət alanlar var

Daşkəsən rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dəmir maneələrə çırpılıb.

Hadisə zamanı 1970-ci il təvəllüdlü Xəlil İbrahimov və 1966-cı il təvəllüdlü Sənəm Heydərova xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan X.İbrahimovun vəziyyəti ağır, S.Heydərovanın vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19
Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26