Daşkəsəndə qonşular arasında dava düşüb, xəsarət alanlar var

Daşkəsən. 19 dekabr. REPORT.AZ/ Daşkəsən rayonunda qonşular arasında dava düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qabaqtəpə kəndində baş verib. 

Həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Ayaz Məhərrəm oğlu Əliyevlə onun qonşusu, 1937-ci il təvəllüdlü İsmayıl Əli oğlu Məmmərov arasında mübahisə yaranıb. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Onlar bir-birilərinə qarşı müxtəlif küt alətlərdən istifadə ediblər. Nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36