Daşkəsəndə fərdi evdən oğurluq edilib

Daşkəsən. 13 may. REPORT.AZ/ Daşkəsən rayonunda fərdi evdən oğurluq faktı qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Bayan kəndində baş verib.

Belə ki, kənd sakininə məxsus evdən müxtəlif məişət əşyaları, mis və alüminium qablar oğurlanıb. Məlumata görə, oğurluq edənlər üç nəfər olub və onlar hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33
Şərurda minik avtomobili yanıb 07 sentyabr, 2026 / 10:34