Daşkəsəndə avtomobillər toqquşub, xəsarət alanlar var

Daşkəsən rayonunun Bayan kəndində 2 avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-21015" və "VAZ-2109" markalı avtomobillərin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü N.Abbaszadə, 1995-ci il təvəllüdlü Y.Bədəlov və qardaşı, 1963-cü il təvəllüdlü K.Bədəlov xəsarət alıblar.

Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27