Daşkəsəndə iki avtomobil toqquşdu, xəsarət alan var

Daşkəsən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Bayan kəndində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində, 1985-ci il təvəllüdlü Elvin Abbasov xəsarət alıb. O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Digər xəbərlər

Ordubadda qaya uçqunu olub 31 mart, 2026 / 12:15
Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46