Daşkəsəndə avtomobil aşıb, xəsarət alanlar var

Daşkəsəndə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Yuxarı Daşkəsən qəsəbəsində avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1989-cu il təvəllüdlü O.Məmmədov və 1990-cı il təvəllüdlü O.İsayev xəsarət alıblar.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39