Daşkəsəndə at 5 yaşlı uşağa xəsarət yetirib

Daşkəsən rayonunda at 5 yaşlı oğlan uşağına təpik vuraraq ona xəsarət yetirib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qabaqtəpə kəndində qeydə alınıb.

Xəsarət alan 2014-cü il təvəllüdlü oğlan (şəxsiyyəti araşdırılır-red) valideynləri tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər