Daşkəsəndə 58 yaşlı kişiyə balta ilə xəsarət yetirilib 

Daşkəsəndə 58 yaşlı kişiyə balta ilə xəsarət yetirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayon Qabaqtəpə kəndində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü M.Qurbanov həmkəndlisi ilə mübahisə zəminində hər iki qolundan kəsici xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.

Zərərçəkmişin dediyinə görə, həmkəndlisi mübahisə zəminində balta ilə ona xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51