Daşkəsəndə gənc və yeniyetmə dumanlı havada itkin düşüb

Daşkəsən rayonunda 2 nəfər itkin düşüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Alaxançallı kənd sakini, 2010-cu il təvəllüdlü İsmət Bayramov və həmkəndlisi, 2000-ci il təvəllüdlü Ülfət Rüstəmov iyulun 30-da həmin kənd ərazisində at gətirmək adı ilə evdən çıxaraq bir daha geri qayıtmayıblar.

Onların dumanlı havada azmaları ehtimal olunur.

Hazırda hər iki şəxsin axtarışları davam etdirilir.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 10 yanvar, 2026 / 19:12