Daşkəsəndə 1 yaşlı körpə yanıq xəsarətləri alıb 

Daşkəsən rayonunda 1 yaşlı körpə ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Əmirvar kəndində qeydə alınıb. Gəncədən Daşkəsənə qonaq gələn ailənin 2020-ci il təvəllüdlü övladının (oğlan) üzərinə qaynar su tökülüb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan körpə yaxınları tərəfindən Gəncə şəhərində yerləşən xəstəxanaların birinə çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 15 aprel, 2026 / 07:43