Daşkəsən sakinini Gəncədə avtomobil vuraraq öldürüb

Daşkəsən rayon sakini, 1970-ci il təvəllüdlü Kazımov Zöhrab Qədir oğlunu Gəncə şəhərində minik avtomobili vuraraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində yerləşən hotellərin birinin yaxınlığında qeydə alınıb.

Z.Kazımov yolu qarşı tərəfə keçmək istəyən zaman onu avtomobil vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Kürdə bir nəfər batıb 12 avqust, 2026 / 19:20