Daşkəsən sakini güllələnib

Bakı. 11 iyul. REPORT.AZ/ Daşkəsən sakini həmyerlisini güllələyib.

“Report” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Əmirvar kəndi ərazisində kənd sakini Sofi Məmmədov münaqişə zəminində sərxoş halda olan həmkəndlisi Elbəyi Məmmədovun istiqamətində atəş açıb. Nəticədə E.Məmmədov yüngül xəsarət alıb.

S.Məmmədov Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, ondan müvafiq sənədləri olan “TOZ-16” markalı tüfəng götürülüb.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48