Bakıda daha bir yanğın olub

Bakı. 21 yanvar. REPORT.AZ/ Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və ona bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 6 kv.m sahədə yanıb. “Report”un xəbərinə görə, məlumatı Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı yayıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41