Daha bir rayona polis rəisi təyin edildi

Daxili işlər orqanlarında daha bir kadr təyinatı olub.

“Report”un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Masallı Rayonunun Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov vəzifəsindən azad olunaraq Tovuz Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29