​Bakıda sərnişin avtobusu yanıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Axşam saatlarında Bakının Suraxanı rayonunda “Daewoo” markalı sərnişin avtobusunun mühərrik hissəsi yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, avtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər