Culfa rayonunda yol qəzası baş verib, piyada ölüb

Culfa rayonunda yol-nəqliyyat hadisəsi baş verib, piyada ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, Ordubad rayon Nəsirvaz kənd sakini, 1993-cü il təvəllüdlü sakini Rzayev Tərxan Mərdan oğlu idarə etdiyi "Niva" markalı avtomobillə Culfa rayon Dizə kənd sakini, 1963-cü il təvəllüdlü Əliyev Malik Hüseyn oğlunu vurub.

Piyada M.Əliyev aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29