Tovuz rayonun Ceyrançöl massivində uşağı ilan sancıb.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, rayonun Qədrli kənd sakini, 2012-ci il təvəllüdlü Elşən Həsənlini ilan sancıb. Xəstəxanaya aparılan uşağın vəziyyəti kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.