Rusiyada titullu azərbaycanlı kikboksçunun qətlində şübhəli bilinən şəxs saxlanılıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Rusiyanın Çelyabinsk şəhərində cinayət-axtarış şöbəsinin əməliyyatçıları həmyerlisini - kikboksinq üzrə dünya çempionu Ramil Canıyevi qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı Eldəniz Bağırovu saxlayıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Troitskdə yaşayan E.Bağırov oktyabrın 3-də saxlanılıb. O, hazırda müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.

Xatırladaq ki, kikboksinq üzrə dünya çempionu olan Ramil Canıyev sentyabrın 8-də evinin qarşısında silahdan açılan atəşlə qətlə yetirilib.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14