Cəlilabadda zəncirvari yol qəzası baş verib

Cəlilabad rayonunda üç avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun mərkəzi küçələrindən birində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "Lada Priora" markalı iki minik avtomobili toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər