Cəlilabadda zəncirvari qəza, üç avtomobilə ziyan dəydi

Cəlilabad şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, "VAZ-2107" markalı iki minik avtomobili ilə "Lada" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər