Cəlilabadda yol qəzasında azyaşlı ağır xəsarətlər alıb

Cəlilabad rayonunda 4 yaşlı uşaq yol qəzası nəticəsində yaralanıb.

“Report”un Muğan bürosunun məlumatına görə, avtoqəza nəticəsində rayon sakini, 2018-ci il təvəllüdlü N. Q xəsarət alıb.

Azyaşlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ona sol baldır sümüklərinin yerdəyişən sınığı, alının sıyrığı və sol çiyinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər