Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var 

Cəlilabad rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Hamarqışlaq kəndində qeydə alınıb.

Belə ki, iki minik avtomobilin toqquşması nəticəsində hər iki sürücü xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26