Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, qəza zamanı iki minik avtomobili toqquşub.

Nəticədə rayon sakinləri - Gülxas Kazımova və İlahə İbrahimova xəsarət alıblar. Yaralılar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48