Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb.

Belə ki, qəza zamanı "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Avtomobilin aşması nəticəsində sərnişin, rayon sakini, 1975-ci il təvəllüdlü S.İsayeva və sürücü xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26