Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində 3 nəfər, Bakı şəhər sakinləri - 1999-cu il təvəllüdlü Nübar Məmmədli, 1992-ci il təvəllüdlü Əhliman Məmmədli və 2016-cı il təvəllüdlü M.Qurbanlı xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26