Cəlilabad rayonunda yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Uzuntəpə kəndində qeydə alınıb.
Belə ki, minik avtomobilinin aşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar - rayon sakinləri, 1969-cu il təvəllüdlü Firəngiz Məmmədova və 1956-cı il təvəllüdlü Meyxoş Həşimov xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.