Cəlilabadda yol qəzası olub, xəsarət alan var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Xəlilabad kəndində qeydə alınıb.

Avtomobilin maneəyə çırpılması nəticəsində rayon sakini, 1973-cü il təvəllüdlü Məmmədov Qalib Aslan oğlu xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47