Cəlilabadda yol qəzası olub, xəsarət alan var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. 

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun İncilli kəndi ərazisində qeydə alınıb. 

Belə ki, yol qəzası nəticəsində həmin kənd sakini, 1981-ci il təvəllüdlü Yusubov Şahin Hüseynalı oğlu müxtəlif bədən xəsarətləri alıb. 

Yaralı xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45