Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərində, Mərkəzi Bazarın yaxınlığında qeydə alınıb.
Belə ki, iki minik avtomobili toqquşub. Nəticədə sərnişinlərdən biri, rayonun Çinar kənd sakini, 1990-cı il təvəllüdlü Hüseynova Gülanə Rasim qızı xəsarət alıb. Yaralı Cəlilabad rayon Müalicə Diaqnostika Mərkəzinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.