Cəlilabadda yol qəzası olub, xəsarət alan var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Cəfərxanlı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində həmin kəndin sakini, 1979-cu il təvəllüdlü Paşayev Fariz Əyyub oğlu xəsarət alıb. Yaralıya xəstəxanada müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45