Cəlilabadda yol qəzası olub, xəsarət alan var

Cəlilabad. 27 aprel. REPORT.AZ/ Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Aran bürosunun məlumatına görə, qəza nəticəsində rayon sakini, 1976-cı il təvəllüdlü Bağırov Tofiq Miryaqub oğlu müxtəlif bədən xəsarətləri alıb.

Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Ağdamda traktor minaya düşüb 05 sentyabr, 2026 / 23:54
Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37