Cəlilabadda yol qəzası olub, xəsarət alan var

Cəlilabad. 7 iyun. REPORT.AZ/ Cəlilabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.

Belə ki, minik avtomobili at arabasına çırpılıb. Qəza nəticəsində at arabasında olan, rayonun Maşlıq kənd sakini, 1957-ci il təvəllüdlü Rafiq Razzaq oğlu Bayramov müxtəlif bədən xəsarətləri alıb.

Yaralıya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48