Cəlilabadda avtomobil qəzası olub, sürücü ölüb

Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad-Soltankənd avtomobil yolunda qeydə alınıb.

İlkin məlumata görə, Cəlilabad şəhər sakini, 1973-cü il təvəllüdlü Sakit Abdinov idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olan zaman qəfil halı pisləşib. Daha sonra avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29