Cəlilabadda yeniyetməni avtomobil vurub

Cəlilabad rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhəri, H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayon sakini, 2010-cu il təvəllüdlü M.Əmirzadəni avtomobil vurub.

Yaralı müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26