Cəlilabadda yaşayış evi yanaraq külə dönüb

Cəlilabad rayonunun Təzəkənd kəndində, Seymur Nuralıyevə məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, yanğın nəticəsində ümumi sahəsi 153 kvadratmetr olan birmərtəbəli 4 otaqlı ev tamamilə yanıb.

Məlumata görə, yanğın zamanı evdə heç kim olmayıb.

Yanğının səbəbləri araşdırılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48