​Cəlilabadda yanğın nəticəsində mal-qara tələf olub

Bakı. 25 yanvar. REPORT.AZ/ Gecə saatlarında Cəlilabad rayonunun Edişə kəndində vətəndaşa məxsus tövlənin dam örtüyü 11 kv.m sahədə və içərisinə yığılmış 3,5 ton ot bağlamasının 2 tonu yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı tövlədə olan 4 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.

Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:06-da söndürülüb.

Digər xəbərlər

Xocavənddə traktor minaya düşüb 08 avqust, 2026 / 10:41