Cəlilabadda üç uşaq anası intihar edib

Cəlilabad rayonunun Xanəgah kəndində 35 yaşlı qadın intihar edib.

"Report"un Muğan bürosunun məlumatına görə, kənd sakini, 1988-ci il təvəllüdlü Səfiyə Tanrıverdiyeva yardımçı tikilidə özünü asıb.

Məlumata görə, mərhumun üç övladı var.

İntiharın səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48